Səhiyyə Nazirliyi bəzi mövsümi xəstəliklərə qarşı tövsiyələrini açıqlayıbbackend

Səhiyyə Nazirliyi bəzi mövsümi xəstəliklərə qarşı tövsiyələrini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fəsil dəyişikliyi ilə əlaqədar bəzi xəstəliklər kəskinləşmə dövrü keçirir. Bəzi mədə-bağırsaq sistemi xəstəliklərinin yaz aylarında kəskinləşdiyi vaxtdır”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev deyib.

Nazirlik rəsmisi bildirib ki, buna görə də balanslı qidalar qəbul etmək tövsiyə olunur: “Hər hansı qida ilə immunitet gücləndirilməsi mümkün deyil. Düzgün yuxu rejimi, lazımi miqdarda maye qəbulu və mövsümi qidalara üstünlük verilməsi məsləhətdir. Həftədə bir dəfə balıq yeyilməsi, qızardılmış qidalardan uzaq durulması məqsədəuyğundur”.

Z.Quliyev əlavə edib ki, bəzən bədəndə vitamin çatışmazlığı səbəbindən kənar dərman qəbulunu yalnız həkim yoxlanışı və göstərişi əsasında etmək lazımdır: “Özbaşına qəbul edilən dərmanlar orqanizmdə ciddi fəsad verə bilər”.