Səhiyyə Nazirliyindən sərt karantin rejimi ilə bağlı AÇIQLAMAbackend

Səhiyyə Nazirliyindən sərt karantin rejimi ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya ilə əlaqədar əhalinin yoluxmadan qorxaraq, tibbi heyətlə təmasdan çəkinməsi, xroniki xəstələrin və yaşlıların müraciətlərinin azalması ilə nəticələnib.

Editor.az-ın məlumatına görə, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva deyib.

O bildirib ki, karantin rejimi tətbiq olunduğundan, bədbəxt hadisələrin, yol-nəqliyyat qəzalarının, travmaların azalması, məktəbəqədər, orta və ali təhsil müəssisələrinin fəaliyyətinin məhdudlaşdırılması səbəbindən uşaq və gənclər arasında xəstələnmə halları azalıb: “Hal-hazırda “103” xidmətinə gündəlik 2000-ə qədər müraciət daxil olur: “Bu müraciətlərin içərisində daha çox ürək-qan damar, tənəffüs sistemi, şəkərli diabet, miokard infarktı, insult, cərrahi xəstəliklər, doğuş və s. ilə bağlı çağırışlar üstünlük təşkil edir. Çağırışlar ağırlıq dərəcəsinə görə çeşidlənərək, daha ağırları ilk növbədə icra olunur”.

Loading...