Azərbaycanın Norveçin Stavanqer şəhərində keçirilən “Norway Chess” turnirində yeganə təmsilçisi olan Şəhriyar Məmmədyarov növbəti dəfə məğlubiyyətlə üzləşib.
o, 7-ci turda çinli rəqibi Din Lijenə 0:2 hesabı ilə uduzub.
Yeddi turdan sonra turnirə Karlsen (11 xal) liderlik edir, ardınca Aronyan (9), Yuy Yani (8,5), Din Lijen (7,5), So (7), Karuana (6,5), Vaşye-Laqrav və Anand (hərəyə 6 xal), Məmmədyarov (5) və Qrişuk (3,5) qərarlaşıb.
Şəhriyar 8-ci turda Uesli So ilə qarşılaşacaq.
//goal.az