Səid Cəlili, yoxsa Məsud Pezeşkiyan? Sabah İran vətəndaşları öz seçimini edəcəkbackend

Səid Cəlili, yoxsa Məsud Pezeşkiyan? Sabah İran vətəndaşları öz seçimini edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə axşamı İranda prezident seçkilərinin ikinci turu ərəfəsində namizədlərin təşviqat kampaniyasını dayandırdığı vaxt sükut günü adlanan gün başlayıb.

İyulun 5-də İran vətəndaşları iki namizəd arasından seçim etməli olacaqlar: mühafizəkar Səid Cəlili və islahatçı qanadın nümayəndəsi Məsud Pezeşkiyan. Seçkilərin birinci turu iyunun 28-də baş tutub. Sonra prezidentlik yarışında iştirak edənlərdən heç biri seçkiləri etibarlı saymaq üçün mütləq səs çoxluğu əldə edə bilməyib.

Birinci turda Pezeşkiyan seçicilərin 42,5%-nin dəstəyini qazanıb, vətəndaşların 38,6%-i isə onun rəqibi Cəliliyə səs verib. Eyni zamanda, seçkilərdə fəallıq 40% təşkil edib ki, bu da son 45 ildə prezident seçkiləri üçün mənfi rekorda çevrilib.

//Samir Qurbanov, Editor.az