Səidə Sultan: “Qız kimi düşünə bilmirəm” – VİDEObackend

Səidə Sultan: “Qız kimi düşünə bilmirəm” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məni heç kəs sıxa bilməz, təbiətimiz belədir. Azad insanlarıq, ailəm də belədir.

Bu sözləri müğənni Səidə Sultan “Atv şou xəbər”ə müsahibəsində deyib. Müğənni həm də bildirib ki, xanım olsa da, kişi kimi düşünür.

“Deyib gülürəm, amma özüm haqqında oğlan kimi fikirləşirəm, qız kimi düşünə bilmirəm”, – sənətçi bildirib.

“Subaylıq sultanlıqdır. Bəs bu sultanlıq nə vaxta qədər davam edəcək” sualına isə sənətçinin cavabı belə olub:

“Məncə, ömrümün axırına qədər. İnanmıram ki, mənlə dolanan adam çıxsın. Bacılarımın uşaqları var. Onlarla 5-15 dəqiqə oturub sonra çıxıb gedirəm. Özüm bayquşam”. (publika)