Şəkərli diabetə qarşı süni mədəaltı vəzi cihazı hazırlanırbackend

Şəkərli diabetə qarşı süni mədəaltı vəzi cihazı hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə 875 nəfərin iştirak etdiyi araşdırmada şəkərli diabet xəstələrinin həyatını tamamilə dəyişdirə biləcək süni mədəaltı vəzi cihazının sınaqlarına başlanılıb.

Editor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, sınaqlar Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) nəzarəti altında həyata keçirilir. Bu cihaz “Tip 1” diabet xəstələrinin qlükoza ölçmək üçün edilən test ehtiyacını aradan qaldırmaq məqsədilə hazırlanıb.

Birinci dərəcəli diabetdə mədəaltı vəzi qanda şəkərin miqdarına nəzarət edən hormon insulini istehsal edə bilmir. Şəkər dalğalanmalarını idarə etmək mümkün olmadıqda ürəyə, böyrəklərə, gözlərə və sinirlərə qalıcı ziyan vurur. Dərinin altına yerləşdirilmiş sensor və insulini ötürən nasosdan ibarət süni mədəaltı vəzi cihazı əsl mədəaltı vəzin funksiyasını təqlid edir. Sensor bədəndəki qan qlükoza dəyərlərinə daim nəzarət edir və bu məlumatları smart cihaza göndərir. Dərinin altında olan avtomatik nasos isə bədəndəki şəkərin aşağı düşməsi zamanı insulin dəyərlərini tarazlaşdırır.

//Nəzərbəy Hacıağayev, Editor.az