Şəkidə 64 yaşlı qadın itkin düşüb – FOTObackend

Şəkidə 64 yaşlı qadın itkin düşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkidə 64 yaşlı qadın itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Editor.az-a məlumat verilib.

Vurğulanıb ki, 1960-cı il təvəllüdlü Çimnaz Vahab qızı Mikayılova aprelin 19-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 156 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qarışıqdır.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024) 244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.