Səkkiz ABŞ senatoru Ukraynaya “F-16”lar verilməsi tələbi ilə Pentaqona müraciət edibbackend

Səkkiz ABŞ senatoru Ukraynaya “F-16”lar verilməsi tələbi ilə Pentaqona müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Demokratik və Respublikaçı partiyalarından olan səkkiz senator Ukrayna Silahlı Qüvvələrinə “F-16” qırıcılarının tədarükü imkanlarına baxılması tələbi ilə Pentaqona müraciət edib.

Onların fikrincə, qırıcıların əldə edilməsi Ukraynaya “döyüş meydanında oyun qaydalarını dəyişməyə” imkan verəcək.

Editor.az bildirir ki, bu barədə “Politico” qəzeti və Fox News telekanalı məlumat yayıb. Məktubun mətnindən məlum olur ki, senatorlar həftənin sonuna qədər ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostindən “F-16”ların Kiyevə verilməsi üçün zəruri olan amillərin qiymətləndirilməsini tələb ediblər.

Bu amillər arasında qırıcıların təchizatının döyüş şəraitində vəziyyətin inkişafına təsirinin qiymətləndirilməsi, Ukrayna Silahlı Qüvvələri pilotlarının təlim müddəti və Ukraynanın “F-16”larla yanaşı, digər silahları əldə etməkdə maraqlı olması da var. Senatorlar həmçinin qırıcıların çatdırılma üsulunu qiymətləndirməyi də xahiş ediblər. Yəni bu qırıcılar ABŞ ordusunun ehtiyatlarından verilsin, yoxsa yeni istehsaldan sonra.

//Samir Qurbanov,Editor.az