Səkkiz yaşlı uşaq hərbi komissarlığı yandırdıbackend

Səkkiz yaşlı uşaq hərbi komissarlığı yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada hərbi komissarlıqların yandırılması davam edir.

Editor.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində səkkiz yaşlı uşaq hərbi komissarlığı yandırdığına görə saxlanılıb.

Bildirilir ki, uşaq hərbi komissarlığın ərazisindəki qarajı yandırıb. Lakin qaçmağa vaxt tapmayıb və hadisə yerində yaxalanıb. “Yanğın öz-özünə sönüb, qarajın içərisindəki mebellər yüngül yanıb, xəsarət alan olmayıb.

Uşaq işçilərə deyib ki, o, sadəcə olaraq uşaq yaramazlıq etmək istəyir. Onun əqli inkişafının yerində olmadığı məlum olub. Uşağa qarşı inzibati ittiham irəli sürülüb. 41 yaşlı anasına qarşı isə “Valideynlərin yetkinlik yaşına çatmayanların saxlanması və tərbiyəsi üzrə öhdəliklərini yerinə yetirməməsi” maddəsi ilə cinayət işi açılıb.

//Samir Qurbanov, Editor.az