Səlahiyyətlərindən müvəqqəti imtina edən Pentaqon rəhbəri vəzifəsinə qayıtdıbackend

Səlahiyyətlərindən müvəqqəti imtina edən Pentaqon rəhbəri vəzifəsinə qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin müdafiə naziri Lloyd Ostin tibbi prosedurdan sonra vəzifəsinə qayıdıb.

Bu barədə Pentaqonun saytında məlumat verilib.

Bildirilib ki, Ostinin müvəqqəti məzuniyyəti sidik kisəsinin vəziyyəti ilə bağlı elektiv, cərrahi olmayan, minimal invaziv prosedurla əlaqədar olub. Prosedur 2,5 saat çəkib.

05:52

ABŞ müdafiə naziri, Pentaqon rəhbəri Lloyd Ostin səlahiyyətlərinin icrasını müvəqqəti olaraq müavininə həvalə edəcək.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Pentaqondan verilən açıqlamada bildirilib ki, nazir tibbi prosedurdan keçəcək və bu müddət ərzində səlahiyyətlərini müavininə ötürəcək. Lakin məsələ ilə bağlı təfərrüat açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Pentaqon rəhbərinə prostat xərçəngi diaqnozu qoyulduğu bildirilib. Nazir təcili əməliyyat olunub və daha sonra yaranan fəsadlar səbəbindən yenidən xəstəxanaya yerləşdirilib. Lakin bununla bağlı ABŞ Prezident Administrasiyasına lazımi məlumat verilməyib və bu da bir sıra ABŞ-li siyasətçilərdə hiddət doğurub.

Ostin diaqnozunu və əməliyyat olunduğunu gizlətməyə çalışdığı üçün açıq şəkildə üzr istəyib, səhhətinin vəziyyəti barədə ABŞ rəhbərliyinə məlumat verilməsi ilə bağlı səhv hərəkət etdiyini etiraf edib.

Eyni zamanda ABŞ Prezidenti Co Bayden o zaman vurğulamışdı ki, Ostin belə bir bəyanat versə belə, müdafiə nazirinin istefasını qəbul etməyəcək.