Shell, Rusiya Federasiyasındakı bütün birgə müəssisələrdən, çıxdığını açıqlayıb.
Editor.az xəbər verir ki Bu barədə Bloomberg məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ukraynaya hərbi müdaxilə Qərb şirkətləri ilə Moskva arasında qarşılıqlı əlaqə qaydalarının dəyişdirilməsini qaçılmaz edib. Beləliklə, Shell Qazpromla, o cümlədən mayeləşdirilmiş təbii qazın Saxalin-2 hasilatı layihəsi üzrə tərəfdaşlığını dayandırır. Bundan əlavə, şirkət Almaniyanın bu ayın əvvəlində dondurduğu “Şimal axını 2” layihəsində iştirakdan imtina edib.
//Gülnarə Abasova, Editor.az

