ABŞ guya Rusiya və Çindən olan təcavüzlər adı altında demokratiyanın baza prinsiplərini dəyərdən salır və faktiki olaraq özünün müttəfiqələrinin milli suverenliyini sarsıdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.
O bildirib ki, ABŞ-ın özü də demokratiya böhranıyla toqquşub.
“ABŞ “kökə və dəyənək” taktikasından istifadə edərək, Qərb hökumətlərini öz vətəndaşlarının iradəsinə zidd davranmağa məcbur edir. Bu o deməkdir ki, belə dövlətlərdə real hakimiyyət mənbəyi suveren xalq yox, “Sem dayı” olur”, – Volodin qeyd edib

