Almaniyadan ABŞ-a uçan “Lufthansa” aviaşirkətinin təyyarəsində mühərrik nasazlığı yaranıb.
Editor.az “Aero Inside” portalına istinadən bildirir ki, hadisə yanvarın 31-də baş verib. Fransanın Brest şəhəri üzərində uçarkən təyyarənin mühərriklərindən biri işləməyi dayandırıb. Bu zaman təyyarə yüksək səslər çıxarmağa və güclü titrəməyə başlayıb”, – deyə sərnişinlərdən biri bildirib.
Hadisə ilə əlaqədar təyyarənin ekipajı Frankfurt hava limanına qayıtmaq qərarına gəlib. Təyyarə təhlükəsiz yerə enib.
Xatırladaq ki, ötən ilin sentyabrında Praqadan Nyu-Yorka uçan” Delta Airlines” təyyarəsində də uçuş zamanı mühərrik nasazlığı baş vermişdi.
//Samir Qurbanov, Editor.az

