Səmərqənd görüşü Rusiyaya nə vəd edir?-Açıqlamabackend

Səmərqənd görüşü Rusiyaya nə vəd edir?-Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son günlərədək Ermənistan baş naziri Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatında iştirak edəcəyi gözlənilirdi. Son vəziyyətlə bağlı burada Paşinyana təzyiqlər ola bilərdi. Amma Paşinyan həmin görüşdə iştirak etmədi”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Kənan Novruzov bildirib.

Onun sözlərinə görə, görüşdə Paşinyanın iştirak etməməsinin iki səbəbi var:

“Birincisi, Ermənistan daxilindəki xaos və mitinqlər. İkincisi, Paşinyan özü də başa düşüb ki, münaqişə ilə bağlı ona təzyiqlər ola bilər. Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatına getməməklə tərəflər arasında müzakirələrdən xəbərsiz qaldı. Bu gün prezident İlham Əliyevlə Putinin görüşü olacaq. Eyni zamanda Türkiyə prezidenti Ərdoğanla da danışıq aparılacaq. Hər iki görüşdə Cənubi Qafqaz məsələsi gündəmdə olacaq. Ermənistan- Azərbaycan gərginliyi, Ermənistanın son zamanlarda törətdiyi təxribatlar gündəlikdə olacaq. Putin konfliktin dondurulmasınıa çalışa bilər. Çünki əsas istəyi də budur. Amma nəzərə almaq lazımdır ki, Türkiyə prezidenti Ərdoğan bir çox məsələlərdə Putinə çox böyük jest edir. Bu jest isə ondan ibarətdir ki, Ərdoğan Rusiya-Ukrayna münasibətlərində balanslı siyasət yeridən yeganə liderlərdəndir. Son günlər müxtəlif çıxışlarında Putini müdafiə edib, ona bəraət qazandırıb. Putin də bu jestləri qiymətləndirməlidir.

K. Novruzov qeyd edib ki, Cənubi Qafqaz məsələsi ilə bağlı müəyyən razılıqlar əldə oluna bilər:

“Adətən proseslər belə inkişaf edir ki, əvvəlcə Brüsseldə görüş keçirilir, sonra sərhəddə təxribatlar olur, bu təxribatlara Azərbaycan Ordusu adekvat cavablar verir. Bundan sonra diplomatik masada müəyyən razılıqlar əldə olunur. Ərdoğan Putin görüşündə isə Ukrayna məsələsi gündəmdə olacaq. Bu günə qədər Ukrayna taxılı dünya bazarına çıxarılırdı. Bu görüşdə isə artıq Rusiya taxılının dünya bazarına çıxarılması ilə bağlı razılıq əldə oluna bilər. Əgər bu danışıq baş tutarsa görüşdən sonra Ukrayna prezidenti Zelenski ilə Ərdoğan arasında telefon danışığı baş tutacaq. Şanxay Əməkdaşlıq Təşkilatında liderlərin görüşləri olduqca əhəmiyyətlidir. Ermənistan-Azərbaycan münaqişələrində bu görüşün əhəmiyyətli rolu olacaq”.
 
//Safura Bənnayeva, Editor.az