Səmərqənddə Ərdoğan-Putin görüşü başlayıbbackend

Səmərqənddə Ərdoğan-Putin görüşü başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səmərqənddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

APA xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində Səmərqənddə baş tutub.

Ərdoğan və Putin ikitərəfli əlaqələri, eyni zamanda regional məsələləri müzakirə edəcəklər.

Türkiyə və Rusiya liderlərinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki son gərginliyi də müzakirə edəcəyi gözlənilir.