Səmərqənddə Mərkəzi Asiya-Avropa İttifaqı sammiti işə başlayıbbackend

Səmərqənddə Mərkəzi Asiya-Avropa İttifaqı sammiti işə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Səmərqənddə ikigünlük Mərkəzi Asiya-Avropa İttifaqı sammiti işə başlayıb. Sammit Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçirilir. Mərkəzi Asiya-Avropa İttifaqı sammitində Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, həmçinin region ölkələrinin liderləri – Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan prezidentləri iştirak edirlər.

Tərəflər nəqliyyat və logistika layihələrinin birgə həyata keçirilməsi, xammal sahəsində əməkdaşlıq, “yaşıl” enerjidən istifadə imkanlarını müzakirə edəcəklər. Avropa Şurası prezidentinin sözlərinə görə, sammit tərəflərin Mərkəzi Asiya ölkələri və Avrozonanın davamlı inkişafı üçün əməkdaşlıq sahələrini müəyyənləşdirəcək platformaya çevriləcək.

//Samir Qurbanov, Editor.az