Şəmkirdə 113 sürücü barəsində inzibati protokol tərtib edilibbackend

Şəmkirdə 113 sürücü barəsində inzibati protokol tərtib edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Mercedes” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, “Mercedes”in sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

Müəyyən edilib ki, sürücünün üzərindən və avtomobilindən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı 1 axtarışda olan, 7 sərxoş halda avtomobil idarən edən və digər yol hərəkəti qaydalarını pozan 113 sürücü barəsində inzibati protokol tərtib edilib.