Şəmkirdə 33 yaşlı qadın bu səbəbdən İTKİN DÜŞÜB: 11 yaşlı qızı təsdiqlədi ki… – FOTObackend

Şəmkirdə 33 yaşlı qadın bu səbəbdən İTKİN DÜŞÜB: 11 yaşlı qızı təsdiqlədi ki… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayon sakini 33 yaşlı Asimə Məmmədova gəlin köçdüyü ev tərk edərək yoxa çıxıb. Avqustun 4-də yoxa çıxan qadını yaxınları hələ də tapa bilmirlər.

O, qadının ata və anasının yaşanan hadisəyə münasibətini, Asimənin hansı səbəbdən gedə biləcəyini öyrənməyə çalışıb.

Yaxınlarının sözlərinə görə, son bir neçə ayda Asiməni həyat yoldaşı mütamadi şəkildə döyüb. Hətta bir neçə dəfə ata və anasına boşanmaq istədiyini, daha yaşa bilmədiyini bildirib.

Boşanmaq üçün məhkəməyə ərizə də yazılıb. Sonuncu dəfə – yəni hadisədən bir gün qabaq Asimə Məmmədova atasının doğum gününü qeyd etmək üçün doğulduğu evə gəlib. Sonra isə öz evinə qayıdıb.

Asimənin valideynləri qızlarının evdən getməsi xəbərini avqustun 8-də nəvəsindən eşidiblər.

Onlar iddia edirlər ki, Asimənin əri tez-tez içkili gəlib. Yoldaşını da bu səbəbdən döyüb.

Asimənin atası Məhəmmədəli Məmmədov bildirir ki, sonuncu dəfə də əri qadını vurub və bundan sonra Asimə evdən gedib.

Məlumat üçün bildirək ki, Asimə Məmmədova Azər Nağıyev adlı şəxslə 14 ilə yaxındır evlidir. Bu nikahdan onların 2 qızı və bir oğul övladı var.

Anasının dəfələrlə atası tərəfindən şiddətə məruz qalmasını ailənin 11 yaşlı övladı Səma da təsdiqləyir. Axırıncı insident zamanı isə Azər Nağıyev həyat yoldaşından evi tərk etməsini tələb edib.

Faktla bağlı polisə məlumat verilib. Şəmkir rayon Polis Şöbəsi tərəfindən Səma Məmmədovanın axtarışı davam etdirilir.

Əməkdaşımız məsələ ilə bağlı Azər Nağıyevin və ya ailəsinin fikirlərini öyrənmək istəsə də, qarşı tərəf sualları cavablandırmaq istəməyib.