Şəmkirdə kişi keçmiş həyat yoldaşının ərini bıçaqladıbackend

Şəmkirdə kişi keçmiş həyat yoldaşının ərini bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə bıçaqlanma olub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib. Belə ki, küçədə rastlaşan kənd sakinləri 1981-ci il təvəllüdlü Vüsal Hüseynov və 1986-cı il təvəllüdlü Vasif Həsənov arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə zəminində V.Hüseynov keçmiş arvadının həyat yoldaşı V.Həsənova əl, qol və kürək nahiyyəsindən üç bıçaq zərbəsi vurub.

Faktla bağlı araşdırma aparılır.