Şəmkirdə valyuta dəyişmə məntəqəsinə qumbara atılıb, xəsarət alanlar varbackend

Şəmkirdə valyuta dəyişmə məntəqəsinə qumbara atılıb, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə valyuta dəyişmə məntəqəsində törədilən partlayış nəticəsində iki nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, Şəmkir şəhər ərazisində fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin birində partlayış olub.

Hadisə nəticəsində, 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə məntəqəyə qumbara atılması nəticəsində başverdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.