Şəmkirdəki qəzalarda ölən qadınlar müəllimə olublarbackend

Şəmkirdəki qəzalarda ölən qadınlar müəllimə olublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 12-də Şəmkirdə baş vermiş ağır yol qəzalarında vəfat etmiş 2 qadın rayon məktəblərində müəllimə kimi çalışıb.

“Qafqazinfo” xəbər verir ki, saat 19 radələrində Şəmkir-Şiştəpə yolunda idarə etdiyi “Nissan” markalı avtomobillə qəzaya düşərək vəfat edən 1971-ci il təvəllüdlü Təranə Nağıyeva Şiştəpə kənd Qalıb Allahverdiyev adına tam orta məktəbin ingilis dili müəlliməsi olub.

Saat 20 radələrində Şəmkir şəhəri Heydər Əliyev prospektində 1980-ci il təvəllüdlü Ceyhun Ədalət oğlu Sadıqov idarə etdiyi “Mercedes Daimler Crysler” markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq vurub öldürdüyü 1995-ci il təvəllüdlü piyada Səma Ələddin qızı Nağıyeva isə Şəmkir şəhərindəki məktəblərdən birində müəllimə kimi fəaliyyət göstərib.

Hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.