Şəmkir rayonunda el arasında “Sülöy” adı verilən çay daşıb.
Editor.az-ın yerli bürosunun verdiyi xəbərə görə, son günlər müşahidə olunan yağışlı hava sonrası və çaylarda sululuğun artması səbəbindən “Sülöy” çayı daşıb.Hadisə ətraf ərazilərə, yaxınlıqda olan kəndlərə,əkin sahələrinə heç bir ziyan vurmayıb. Yasamal aşırımının sol ətəyindən başlayan çay Sərxan, Morullu və Dəllər Cəyir və digər kəndləri əhatə edir.Çayın sonu Kürə qarışır.
Editor.az

