Semyon Nisanov vəfat etdibackend

Semyon Nisanov vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə axşamı, dekabrın 5-də uzun sürən xəstəlikdən sonra 84 yaşında, “Kiyevskiy Ploşad” şirkətinin direktorlar şurasının sədri, Qod Nisanovun atası, iş adamı Semyon Nisanov vəfat edib.

Həm Rusiyada, həm də Azərbaycanda dağ yəhudi icmalarının inkişafına mühüm töhfə verən Semyon Davydoviçin biznesdə əldə etdiyi nailiyyətlər onun insani keyfiyyətləri ilə birbaşa bağlıdır.

Təsadüfi deyil ki, o, həm də bu gün gənc sahibkarların ümid bəslədiyi bir sıra iş adamlarını yetişdirmiş mentor kimi də tanınır. Semyon Davydoviçin karyerasının çox hissəsi Azərbaycanda keçib. Ötən əsrin 90-cı illərində o, ailəsi ilə birlikdə Moskvaya köçüb və burada “Kiyevskiy Ploşad” inkişaf şirkətlər qrupunun yaradıcılarından biri olub. Semyon Nisanova “Əmək veteranı” adı verilib.

//Samir Qurbanov, Editor.az