“Sən kimin üçünsə saz çalan ola bilərsən, amma…”backend

“Sən kimin üçünsə saz çalan ola bilərsən, amma…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sən təlxəyin birisən. Sən kimin üçünsə saz çala bilərsən”.

Editor.az  bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Pünhan Piriyev sosial media hesabındakı paylaşımında deyib.

O, saz ifaçısı Mübariz Camaloğlunu təhqir edib:

“Sən mənə diş batıra bilməzsən. Mübariz, qeyrətimə and olsun ki, sənin dizini yerə ataram. Qorxmuram. Yayın mənim videomu. O şərəfsiz mənim…”

Əsəblərinə hakim kəsilə bilməyən ifaçı ötən gün “Rəngarəng səhər” verilişində baş verən qalmaqalı yeni gündəmə gətirib:

“Mübarizin verilişdə mənim haqqımda danışdığı sözləri ciddiyə almadım, üstündən keçdim. Dedim yaşlıdır. O isə “Instagram” səhifəsində paylaşıb, yazıb ki, “belələrini yerində otuzdurmaq lazımdır”. Guya məni deyir. Mübariz, sən kimin üçünsə saz çalan ola bilərsən. Amma sən heç kimsən. Bunu deyirəm, arxasında da dururam. Sən sənətkarlarının ayaqlarının tozu da deyilsən, o sənətkarların çölə atılan dırnaqları da deyilsən”.

Qeyd edək ki, ötən gün aşıq Mübariz Camaloğlu Pünhan Piriyevi telefonlara cavab vermədiyi üçün tənqid edib. Mübariz kişi sənətçilərin prodüserlərinin, köməkçilərinin olmasını qəbul etməyib.