Senat ABŞ üçün nüvə müharibəsi riskinin yüksək olduğunu açıqlayıbbackend

Senat ABŞ üçün nüvə müharibəsi riskinin yüksək olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatının Ohayodan üzvü Ceyms Devid Vens bildirib ki, Vaşinqton prezident Co Baydenin Ukraynanın Rusiyaya Amerika silahları ilə hücumunu təsdiqləmək qərarına görə nüvə münaqişəsinə doğru gedir.

Editor.az xəbər verir ki, bu barədə siyasətçinin X sosial şəbəkəsindəki şəxsi səhifəsində məlumat verilib. Vansın fikrincə, nüvə müharibəsi riski indi hər zaman olduğundan daha çoxdur. Senator Baydenin düşünmədən öz hərəkətləri ilə Üçüncü Dünya müharibəsinə səbəb olduğunu vurğulayıb.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı prezident Co Baydenin hesab etdiyi kimi, nüvə silahlarının iqlim dəyişikliyi deyil, bəşəriyyət üçün əsas təhlükə olduğu fikrini bildirmişdi.

//Gülnarə Abasova, Editor.az