Senat prezidenti: “Meksika hökuməti və dövləti “erməni soyqırımı”nı tanımır” – VİDEObackend

Senat prezidenti: “Meksika hökuməti və dövləti “erməni soyqırımı”nı tanımır” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meksika hökuməti və Meksika dövləti “erməni soyqırımı”nı tanımır”.

Azərbaycanın Meksikadakı səfirliyindən “Report”a verilən məlumata görə, bu sözləri Meksika Senatının prezidenti Alexandro Armenta Mier qanunverici orqanın növbəti sessiyası zamanı çıxış edərkən deyib.

O, Meksika hökumətinin və dövlətinin “erməni soyqırımı”nın mövcudluğunu tanımadığını bildirib.

Alexandro Armenta Mier söyləyib ki, Meksika Senatı daim münaqişələrin danışıqlar və sülh yolu ilə həll edilməsinin tərəfdarı olub.