Senator Uorner: “ABŞ gələn həftə Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər”backend

Senator Uorner: “ABŞ gələn həftə Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ gələn həftə Ukraynaya silah, o cümlədən “ATACMS” taktiki raketləri verməyə başlaya bilər”.

Bunu ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner deyib.

“Bizə bildirdilər ki, prezident qanun layihəsini imzalayan kimi bu silahlar həftənin sonuna qədər göndəriləcək”, – o, “CBS” telekanalının efirində bildirib.

Uorner aydınlaşdırıb ki, yardım paketinə uzaqmənzilli silahlar, o cümlədən “ATACMS” da daxil olacaq. O, həmçinin əlavə edib ki, ABŞ Rusiya ilə mübarizəyə müdafiə büdcəsinin cəmi 3%-ni xərcləyir və öz ordusundan istifadə etmir.

Oxu.az