Şənbə və bazar günləri “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcəkbackend

Şənbə və bazar günləri “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri xüsusi karantin müddətində şənbə və bazar günləri fəaliytyət göstərməyəcək.

Editor.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Respublikamızda xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 21- 22, 28- 29 noyabr və 5-6, 12-13, 19-20, 26-27 dekabr tarixlərində bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.