ARB telekanalında yeni layihə start götürüb.
“5 üz” adlanan yarışma tipli yeni verilişin aparıcısı aktyor Elşən Orucovdur.
Fərqli və oyun üslublu proqramın ilk qonağı məşhur teleaparıcı İlkin Həsəni olub.
Belə ki, veriliş zamanı qorxulu anlar yaşayan İlkini, yarışmadakı 5 maskadan biri xüsusilə təəccübləndirib. Aktrisa Kəmalə Piriyeva, aktyor Rövşən Ağayev, bloger Faiq Erol və müğənni Ceyhun Zeynalovun yarışdığı bölümdə İlkinin xanımı, influenser Aysel Həsəni də yer alıb.
Ayselin maskasını çıxardığı anlarda İlkin təəccübünü gizlədə bilməyib.
Milli.Az