Seneqalda müxalifət lideri aclıq aksiyasını dayandırıbbackend

Seneqalda müxalifət lideri aclıq aksiyasını dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seneqalda müxalifət lideri Ousmane Sonko saxlandığı həbsxanada aclıq aksiyasına son qoyub.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, millət vəkili Qay Marius Saqna Facebook hesabındakı paylaşımında Sonkonu həbsxanada ziyarət etdiyini və vəziyyətinin çox yaxşı olduğunu bildirib.

Sonkonun aclıq aksiyasına son qoyduğunu bildirən Sanqna müxalifət liderinin əhval-ruhiyyəsinin çox yüksək olduğunu qeyd edib.

Sagna Sonkonun hələ də 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün yeganə namizəd olduğunu vurğulayıb.

İyulun sonundan həbsdə olan və daha əvvəl 2 il həbs cəzası alan Sonkonun 2024-cü ilin fevralında keçiriləcək seçkilərdə namizəd olub-olmayacağı hələ də qeyri-müəyyən olaraq qalır.

Sonko elan etmişdi ki, əgər o, namizəd ola bilməsə, dağılmasına baxmayaraq, partiyasından başqa birini, PASTEF-i irəli sürəcəklər.

Özünə yaxın adamlardan biri olan Bassirou Diomaye Diakhar Fayenin namizəd olacağını açıqlayan Sonko Faye üçün sponsorluq çağırışı edib.

Sonkoya qarşı hüquqi proses davam etdiyi üçün PASTEF adından kimin namizəd olacağı hələlik bəlli deyil.

Qeyd edək ki, prezident seçkilərində namizədlərin irəli sürülməsi üçün ərizələrin qəbulu dekabrın 11-də başlayacaq və dekabrın 26-dək davam edəcək.

//Səbinə Hüseynli. Editor.az