Seneqalın ən uzun körpüsünə “Nelson Mandela” adını veribbackend

Seneqalın ən uzun körpüsünə “Nelson Mandela” adını verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seneqalda Foundougne körpüsünün adı dəyişdirilərək Cənubi Afrikanın əfsanəvi liderinın adı ilə “Nelson Mandela” adlandırılıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Seneqal prezidenti Macky Sall öz Twitter hesabından həftə sonu rəsmi açılışı olan 1600 metrlik körpünün Afrika cəmiyyətləri arasında həmrəylik əlaməti olaraq bu adın verildiyini açıqlayıb.

Qambiya sərhədində yerləşən və dəyəri 70 milyon dollar olan körpü Çin Eximabank və Seneqal dövləti tərəfindən maliyyələşdirilib. Seneqalın ən uzun körpüsü olan və Saloum çayı üzərində inşa edilən Nelson Mandela körpüsünün Qambiya və Seneqalın cənubundakı Casamance bölgəsinə girişi asanlaşdıracağı gözlənilir.

//Gülnarə Abasova, Editor.az