Sensasion ŞƏRH: Prezident Türkmənçay müqaviləsini aktuallaşdırırbackend

Sensasion ŞƏRH: Prezident Türkmənçay müqaviləsini aktuallaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev İrandakı azərbaycanlı faktorunu daim diqqətdə saxlayıb, sadəcə olaraq beynəlxalq və regional konyunktura səbəbi ilə onu həmişə aşkar tezislərlə bəyan etməmişdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həllindən sonra İranın Azərbaycan əleyhinə qızışan ritorikası və beynəlxalq oyunçuların regionda aktivliyinin artması Bakının güclənən əlini Tehrana qarşı arqumentə  çevirməyə imkan verir:

“İlham Əliyevin Bağdat Amreyevlə görüşündə verdiyi bəyanatın məzmunu əsasən İrandakı azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı mesajın əyanı idi.
İranla bağlı qlobal oyunçuların illərdir qalaqlanan ssenariləri işə düşüb, indi Azərbaycanla Türkiyə baş verə biləcək neqativ tendensiyaların Cənubi Qafqaz regionuna sıçramaması üçün beynəlxalq güclərin proqramına qoşulmaq zərurətini dərk edirlər. İlham Əliyevin açıqlamasında gizlənən tezis budur ki, İrandakı neqativ çalarlı hadisələrin inkişaf etdirilməsinin yarada biləcəyi təhlükələrə qarşı Azərbaycanla Türkiyənin vahid proqramı işlənib-hazırlanır və bu proqramda güneydəki soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı məqamlar da öz əksini tapır”.

A.Kərimovun fikrincə, ümumilikdə İlham Əliyev Qarabağ münaqişəsinin həlli və Azərbaycanın Ermənistana qarşı təzyiq dalğasını sərhəddə nümayiş etdirməsi fonunda iki dəfə sətiraltı da olsa Türkmənçay müqaviləsini dilə gətirib:
“Prezidentin açıqlamalarına yenidən baxsaq, mən dediyim fikrin məntiqini tutmaq mümkündür. Sadəcə İlham Əliyev həmin mövzunu Ermənistanla sərhədlərin delimitasiyası, bir az da konkretləşdirsək delimitasiyaya münasibətdə XIX əsr xəritələri kontekstində dilə gətirdiyindən İran məsələsi arxa planda görünə bilərdi, mesajın cövhəri məhz Tehrana da xatırlatmalar məqsədi daşıyırdı”.

//Safura Bənnayeva, Editor.az