SENSASİYA: İsrail-İran müharibəsi buna görə başladı – Azərbaycan detalıbackend

SENSASİYA: İsrail-İran müharibəsi buna görə başladı – Azərbaycan detalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran-İsrail müharibəsinin əsl səbəbi İran və Çinin logistika, enerji və hərbi sahələrdə əməkdaşlığı prosesini dayandırmaq idi. ABŞ bunu İsrail üzərindən həyata keçirdi”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında türkiyəli politoloq Engin Özər deyib.

O bildirib ki, düşünülənlərin əksinə olaraq İranın nüvə potensialı ilə bağlı ortada problem yoxdur:

“Mən bunu sadəcə Çin və İran əməkdaşlığına qarşı hücum olaraq görürəm. Bilirsiniz ki, Çinin “İpək yolu” layihəsi var. Azərbaycandakı bəzi problemlərdən dolayı İran üzərindən həyata keçirilməsi də gündəmdədir. ABŞ bu layihənin ləğv edilərək Şimal-Cənub dəhlizinin tamamilə İranın dəstəyini qazanmasını gözləyir. Bu birinci səbəbdir.

Müharibənin nəticələrinə gəlincə, iki tərəf də qalibiyyət elan etdi və münaqişə bu şəkildə donduruldu. Amma İsrail logistika problemlərini həll etdikdən sonra (Hayfa limanı raket hücumları ilə mühasirədə idi. – red) yenidən hücum edə bilər. Bu hücumun olması artıq ABŞ-dan asılıdır. Əmin olun ki, Pekin, Tehran və Vaşinqton, xüsusilə də Tehran və Vaşinqton arasında hazırda “alqı-satqı” gedir. Bunun nəticəsi olaraq hazırda münaqişə dondurulub. Güman edirəm ki, İran atəşkəsi pozmayacaq, çünki Çinin 400 mlrd. dollarlıq  investisiya anlaşması qarantiyası var (2021-ci ildə imzalanmış müqaviləyə əsasən Çin davamlı neft tədarükü müqabilində 25 il ərzində İrana 400 milyard dollar sərmayə qoymağa razılaşıb. – red).”

E.Özər bildirib ki, təqribən bir ay sonra savaşın yenidən qaynar fazaya daxil olacağını və yenidən “alqı-satqı”nın başlayacağını demək olar, amma bu, dünya müharibəsinə gətirib çıxarmayacaq.