“Sentyabr-oktyabrda “Delta” ştammı ilə bağlı özümüzü qorumalıyq” – Hande Harmancıbackend

“Sentyabr-oktyabrda “Delta” ştammı ilə bağlı özümüzü qorumalıyq” – Hande Harmancı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiya hələ bitməyib, amma hava düzəlib, buna görə daha optimistik. Bununla belə, hamıdan xahiş edirəm, özümüzü qorumağı unutmayaq”.

Editor.az  APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, sentyabr və oktyabrda “Delta” ştammı ilə bağlı qorunma tədbirlərinə davam edilməlidir: “Peyvəndlərdən mütləq şəkildə istifadə etməliyik. Peyvəndlər təsirli və təhlükəsizdir”.