Sentyabrın 1-dən ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaqbackend

Sentyabrın 1-dən ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sentyabrın 1-dən böyük ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq. Eyni zamanda bu, ali təhsil müəssisələrində tələbələrdən də istəniləcək”.

Editor.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.