SEPAH daxilində rejimə qarşı üsyan planının üstü açılıb – FOTObackend

SEPAH daxilində rejimə qarşı üsyan planının üstü açılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin payızında İranda davam edən kütləvi etirazlar zamanı rejimin əsas dayağı olan SEPAH-ın bir qrup hərbi qulluqçusu Tehranda dövlət obyektlərini artilleriya atəşinə tutmağı planlaşdırıb.

Hədəflərdən biri kimi İranın ali rəhbəri Əli Xameneinin iqamətgahı müəyyən edilib. Sui-qəsdin üstü açılıb, iştirakçıları saxlanılıblar.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə məlumat əsas məzmunu müxalif “Iran International” saytı tərəfindən açıqlanan 44 səhifəlik sənəddə yer alıb. Sənəd Xamenei ilə SEPAH-ın 45 yüksək rütbəli komandiri və din xadimi arasında yanvarın 3-də baş tutan görüşdən sonra hazırlanıb.

İclas zamanı komandanlığın nümayəndələri şəxsi heyət və kiçik zabitlər arasındakı sadalanan hallar barədə məlumat verilib.

Etirazlar hərbçilərin mənəvi durumlarına mənfi təsir göstərib; onların bir çoxu rejimə qarşı olanlara rəğbət bəsləyiblər. Buna sıravi işçilərin əməkhaqlarının aşağı olması şərait yaradıb.