SEPAH Ərbili vurdu, məşhur kürd iş adamı ailəsi ilə birlikdə öldübackend

SEPAH Ərbili vurdu, məşhur kürd iş adamı ailəsi ilə birlikdə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın Ərbil şəhərinə hücumu nəticəsində kürd iş adamı Peşrav Dzeyi və onun bir neçə ailə üzvü həlak olub.

Editor.az xəbər verir ki, İranın atdığı raketlərdən biri iş adamının evinə düşüb. Peshraw Dazayi, regional hakimiyyət orqanlarına yaxın olub, Kürdüstanda böyük şirkətlərə sahib idi.

“Reuters” agentliyinin həmsöhbətləri bildiriblər ki, daha bir raket hücumu “yüksək rütbəli kürd kəşfiyyat zabitinin” evinə, eləcə də kürd kəşfiyyat mərkəzinə düşüb.

Qeyd edək ki, yanvarın 16-na keçən gecə SEPAH “son terror cinayətlərinə cavab olaraq” ABŞ-ın Ərbildəki konsulluğu yaxınlığındakı hədəflərə zərbələr endirib. İki ABŞ rəsmisi agentliyə ABŞ obyektlərinə ziyan dəymədiyini bildirib.

ABC-nin İraq təhlükəsizlik mənbəsi hücumda 4 nəfərin öldüyünü bildirib. Bununla belə, ABC telekanalının məlumatına görə, Amerika hərbçiləri arasında itki yoxdur. “Reuters”in iki mənbəsi iki ölü və beş yaralı olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az