SEPAH Hörmüz boğazında “İsrail aviabazasını vurdu”backend

SEPAH Hörmüz boğazında “İsrail aviabazasını vurdu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kompleks təlimlər keçirib və bu təlimlər zamanı simulyasiya edilmiş İsrail aviabazasına zərbə endirmək də məşq ediblər.

Ssenariyə görə, guya bazada SAXAL-ın “F-35” təyyarələri yerləşib. Təlimlər Hörmüz boğazında keçirilib. Manevrlər zamanı şərti düşmənin idarəetmə postlarının tutulması və məhv edilməsi üçün hava-desant və sualtı birgə əməliyyat həyata keçirilib. Bundan əlavə, Fars körfəzində manevrlər çərçivəsində ballistik raketin uğurla buraxıldığı məlum olub.

Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Korpusunun qoşunları başqa nöqtələrlə yanaşı, Fars körfəzinin şimal adalarını da mümkün hücumdan qoruyur.

//Samir Qurbanov, Editor.az