SEPAH-ın İsfahan şəhərindəki obyektlərin birində partlayış baş veribbackend

SEPAH-ın İsfahan şəhərindəki obyektlərin birində partlayış baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İsfahan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) fabriklərindən birində dünən gecə baş verən partlayış nəticəsində bir nəfər həlak olub.

Xəsarət alanlar var.

Editor.az bildirir ki, bu barədə ISNA xəbər agentliyi SEPAH-ın mətbuat xidmətinə istinadən xəbər verib. “İsfahanda İran İnqilabı Keşikçiləri Korpusunun fabriklərindən birində baş verən partlayış nəticəsində bir nəfər ölüb, daha 10 nəfər yaralanıb”, – xəbərdə deyilir.

Partlayışın ilkin səbəbi qaz sızmasıdır, – agentlik başqa təfərrüatları açıqlamır.

//Samir Qurbanov, Editor.az