İsrail və ABŞ ordusunun İrana endirdiyi hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Məhəmməd Əli Fətəlizadə öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, öldürülən hərbçi “Fatehin” xüsusi bölməsinin komandanı olub.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

