SEPAH məşhur telekanalı qanuni hədəf elan etdi: “Dərhal TƏRK EDİN”backend

SEPAH məşhur telekanalı qanuni hədəf elan etdi: “Dərhal TƏRK EDİN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərin paytaxtı Doha ilə bağlı kəskin məzmunlu təxliyə çağırışı yayıb və bölgəni “qanuni hədəf” elan edib.

Bəyanatda qeyd olunur ki, həmin ərazi ABŞ qüvvələri və maraqlarına ev sahibliyi etdiyi, həmçinin media platformaları vasitəsilə İran xalqına qarşı təhrikedici fəaliyyətlərin aparıldığı üçün hədəf kimi qiymətləndirilir.

SEPAH xüsusilə “Əl Cəzirə” telekanalının baş qərargahını vurmaqla hədələyərək, bölgədə olan hər kəsə xəbərdarlıq edib. Bildirilib ki, təhlükəsizlik baxımından ərazidə olan şəxslər mümkün qədər tez həmin zonanı tərk etməlidir. /Musavat.com