SEPAH Təl-Əvivə və ABŞ-nin regiondakı bazalarına zərbələr endiribbackend

SEPAH Təl-Əvivə və ABŞ-nin regiondakı bazalarına zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Həqiqi vəd – 4” əməliyyatının növbəti mərhələsi zamanı İsrailin paytaxtı Təl-Əvivə, eləcə də ABŞ-ın İraq və Küveytdəki bazalarına zərbələr endirdiyini bildirib.

Oxu.Az xəbər verir ki, SEPAH-ın bəyanatını “Tasnim” agentliyi yayıb.

“Həqiqi vəd – 4” əməliyyatının 52-ci mərhələsi çərçivəsində Təl-Əvivin sənaye infrastrukturu obyektlərinə, həmçinin Ərbildəki “Hərir”, Küveytdə yerləşən “Əli əs-Salem” və “Arifcan” bazalarına zərbələr endirdik”, – deyə məlumatda bildirilir.

SEPAH ABŞ hərbi obyektlərindəki “sənaye zonalarını tamamilə məhv etdiyini” iddia etsə də, digər təfərrüatı açıqlamayıb.