Cənubi Osetiyanın İttifaq dövlətinə qoşulması respublika üçün mümkün və ən perspektivli variantlardan biridir.
Editor.az bildirir ki, bunu separatçı rejimin “prezidenti” Alan Qaqloyev “İzvestiya”ya müsahibəsində bildirib: “Bizim üçün İttifaq Dövlətinə qoşulmaq mümkün və ən perspektivli variantlardan biridir.
Hazırda Belarusla əməkdaşlığın qurulması istiqamətində iş aparılır. Hələlik söhbət humanitar sahədə, idmanda və s. əlaqələrdən gedir”. “Prezident” əlavə edib ki, gələcəkdə Sxinvali Minsklə daha sıx əməkdaşlığa ümid edir: “İttifaq Dövlətinə qoşulmaq Sxinvali üçün ən perspektivli variantlardan biridir”
//Samir Qurbanov, Editor.az

