“Separatçı liderlərin qaytarılması mümkün deyil”-AÇIQLAMAbackend

“Separatçı liderlərin qaytarılması mümkün deyil”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Ermənistan hakimiyyəti separatçıların liderlərinin geri qaytarılmasını istəmir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan və Ermənistan arasındakı son əsir mübadiləsini şərh edərkən deyib ki, sülh müqaviləsinə hazırda Azərbaycanda həbsdə olan və mühakimə edilməmiş separatçı liderlərin qaytarılması haqqda müddəanın daxil edilməsi mümkün deyil:

“Əsirlərin dəyişdirilməsi prosesində say o qədər də əhəmiyyətli deyil. Əsas olan biz iki hərbçimizi geri qaytarmalı idik. Bu da reallaşdırıldı. Dövlətin əsas prinsipi Ermənistan həbsxanalarında Azərbaycan vətəndaşının qalmaması olmalıdır. Eyni zamanda, söhbət separatçıların təhvil verilməsindən deyil, geri qaytarılanların müharibə dövründə əsir düşən Ermənistan ordusuna mənsub hərbçilərindən gedir. Mən düşünürəm ki, iki əsgərimizə görə o əsirlərin qaytarılması düzgün qərar idi. Ermənistan hakimiyyəti əsirlərin dəyişdirilməsində “hamının hamıya” prinsipini təklif etsə də bu indiki vəziyyətə mümkün deyil. Çünki hazırda bizim əlimizdə elə separatçılar var ki, onların heç məhkəməsi də olmayıb. Sonrakı mərhələdə, sülh müqaviləsinə yaxınlaşdıqdan sonra digər əsirlərin də qaytarılması müzakirə edilə bilər. Separatçılara gəldikdə isə onların məhkəməsi olduqdan sonra cəzalarının böyük hissəsini çəkdikləri halda Prezident İlham Əliyevin əhvi ilə geri qaytarıla bilərlər”.

//Qasım Məmmədli, Editor.az