“Ermənistan tərəfindən sərhəddə atəşkəsin pozulması və təxribatların törədilməsi səngimir. Bu gün yenidən Tovuz istiqamətində atəşkəsin pozulması onu göstərir ki, Ermənistan ordusunda Paşinyana tabe olmayan təxribatçı qüvvələr mövcuddur. Bu qüvvələr çalışır ki, Azərbaycanla Ermənistan arasında sülhün və barışığın əldə edilməsini sabotaj etsinlər”.
Bu sözləri Editor.az- açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Qazax-Tovuz istiqamətində Azərbaycanın 6 kəndi Ermənistanın işğalı altındadır:
“Ermənistan bu cür təxribatlarla çalışırlar ki, Qazaxın 6 kəndinin Azərbaycana geri qaytarılmasının qarşısını alsın. Nikol Paşinyan bəlkə də Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demakrasiya prosesinin həyata keçirilməsi ilə bağlı sənəd imzalayacaq. Elə separatçı qüvvələrin məqsədi də bu sənədin imzalanmasına mane olmaqdır. Azərbaycan tərəfindən Ermənistanın bu cür davranışlarına qarşı adekvat cavablar veriləcək. Bu təxribatlar birbaşa Ermənistanın öz əleyhinə işləyəcək”.
// Gülnarə Abasova, Editor.az

