Separatçılar Azərbaycanla “döyüşmək” istəyir: “Rusiya dəstək verə bilməyəcək”backend

Separatçılar Azərbaycanla “döyüşmək” istəyir: “Rusiya dəstək verə bilməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlarda Qarabağda gedən proseslər fonunda Azərbaycanla Ermənistan arasındakı problemlərin həllinin hələ ümidverici olmadığı görsənir. Rəsmi İrəvanda gedən daxili proseslər, ölkə rəsmiləri tərəfindən səslənən antagonist fikirlər, Ermənistan daxilində hələ normal fikrin formalaşmadığını, Azərbaycanla sülh müqaviləsini hansı formada bağlayacaqları və Qarabağın erməni icmasının gələcəyi haqqında düşünmədiklərini göstərir”.

Bunu Editor.az-a politoloq Ramiyə Məmmədova özünü “deputat” kimi təqdim edən separatçı Seyran Ayrapetyanın “Dünyanın bizə heç bir faydası yoxdur, boş ümidlər bəsləməyin. Döyüşmək, danışıqlar aparmaq və ya köçmək? Məsələn, mən sonuncunun əleyhinəyəm, ikinci hələ imtina etmək demək deyil, ikinci uğursuz olarsa, birinciyə müraciət edilməlidir. Qalanları nağıldır, ancaq əhaliyə xoş gəlmək üçün deyilir, amma nəticəsi ağırdır”,-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışları zamanı səsləndirdiyi fikirlərlə əslində ermənilərə tərəf böyük addımlar ataraq torpaqlarımızda, bayrağımız altında Azərbaycanın vətəndaşlığını qəbul edərək yaşayıb, fəaliyyət göstərmək imkanı yaradır:

“Azərbaycanın vətəndaşlığını qəbul edən ermənilər də qanunlarımıza uyğun yaşayacaqlar. Lakin onlar vəziyyəti düzgün dəyərləndirə bilmir. Seyran Ayrapetyanın səsləndirdiyi fikirlər anormaldır. Üçtərəfli birgə bəyanata əsasən Qarabağda olan separatçılar ərazilərimizi tərk etməli idi. Bu gün həmin məsələnin həll olunmaması hələ də Azərbaycanın prosesə müdaxilə edərək Qarabağdakı vəziyyəti düzəltməsini labüd edir. Ermənistan baş naziri Nikol Paşinyan açıqlamasında Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirdiyi kimi erməni icması da bunu anlamalıdır. Bu gün Ermənistanın Azərbaycanla vuruşacaq gücü yoxdur. Rusiyada indiki vəziyyətdə rəsmi İrəvana dəstək verə bilməyəcək”.

//Safura Bənnayeva, Editor.az