Separatçılar bu gün də mitinq-mitinq oynayacaqbackend

Separatçılar bu gün də mitinq-mitinq oynayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 20:00-da Xankəndinin İntibah və İrəvanın Azadlıq meydanında eyni vaxtda mitinqlər keçiriləcək.

Erməni nəşri xatırladıb ki, qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyan bu barədə ötən gün çıxış etmişdi. Qəzet yazır ki, Xankəndidə keçiriləcək mitinqə separatçı “dövlət naziri” yenidən rəhbərlik edəcək.

Xatırladaq ki, əvvəlki aksiyanın fəal iştirakçıları arasında tanınmamış “DQR”dəki anti-Rusiya QHT-ləri və siyasi sektorun nümayəndələri də olub. KİV-in məlumatına görə, onlar Qarabağın dağlıq hissəsində yerləşən Rusiya sülhməramlılarının qərargahına yürüş edərək ruslardan Laçın dəhlizinin açılması üçün fəal addımlar atmağı tələb ediblər.

Həmçinin bu gün separatçı rejimin “prezident”i Arayik Arutyunyanın oturaq aksiyasının bir həftəsi başa çatır. Məlumata görə, Qarabağ erməniləri onun elan etdiyi “sərt mübarizə tədbirləri”nə sadiq qalmaqdadır.

Yenisabah