Separatçılar “hazırlaşır”, Qarabağa mina döşəyir…backend

Separatçılar “hazırlaşır”, Qarabağa mina döşəyir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçılar etiraf edir ki, Qarabağda Azərbaycan Ordusu ilə üz-üzə dayandıqları əraziləri tamamilə minalayıblar. Bu bir daha təsdiq edir ki, Xankəndidəki separatçı-terrorçu rejim Azərbaycanın hakimiyyətini sona qədər qəbul etməməyə çalışacaq və erməni sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsi perspektivinin qarşısını alacaqlar.

Editor.az axar.az-a istinadən bildirir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

“Bunun qarşısını almaq üçün ilk növbədə üçtərəfli razılaşmanın 4-cü bəndi icra edilməli – erməni qoşunlar Azərbaycan ərazisindən çıxarılmalı, qondarma “müdafiə ordusu” ləğv edilməlidir. Qarabağda yaşayan ermənilərlə qeyri-formal əlaqələr də yalnız bu halda effektli ola bilər”.