Separatçılar o qızıl teştə qan qusacaqlarbackend

Separatçılar o qızıl teştə qan qusacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq neçə gündür ki, Laçın-Şuşa yolunda Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrini təmsil edən insanların etiraz aksiyası davam edir. İnsanların ilk gündən tələbi odur ki, sülhməramlıların nəzarəti altında olan ərazilərdə Azərbaycanın hüquqları qorunsun, bölgədə ekoloji sabitlik yaransın. Əsas tələblər sırasında Qarabağdakı erməni separatçı tör-töküntülərinin “başçısı” Araik Arutyunyan və Ruben Vardanyanın Azərbaycan ərazisini tərk etməsi də var. Ən maraqlı fiqurlardan biri məhz Ruben Vardanyandır. Bəllidir ki, bu şəxs Rusiya vətəndaşlığından imtina etsə də, oradakı biznesini və aktivlərini saxlayıb. O, 2022-ci ildə Qərbin sanksiyalarından gizlənərək Qarabağda qeyri-qanuni qızıl hasilatı və ixracı ilə məşğul olmağa başlayıb.

Bu gün Laçın-Şuşa yolundakı aksiyanın da, ümumi gərginliyin də bilavasitə günahkarı Ruben Vardanyandır. Vardanyanla Araik Arutunyanın sövdələşməsinin kökündə hərislik və qanunsuz yolla kapital toplamaq niyyəti dayanır. Vardanyan belə təsəvvür yaratmağa çalışır ki, bu ərazilərdə təbii ehtiyatların qanunsuz istismarı burada yaşayan etməni əhalinin firavanlığı üçün lazımdır, əslində isə bu yataqlardan əldə olunan qanunsuz gəlir Vardanyan-Arutunyan mafiyasının cibinə gedir.

Ermənilərin Azərbaycan sərvətlərini talan etməkdə böyük təcrübəsi var. 30 il Köçəryan, Sarkisyan və onların ətrafı Azərbaycan ərazilərindəki təbii sərvətləri, qızıl yataqlarını talayıblar. Əgər oradan əldə olunan vəsait Qarabağın inkişafına yönəldilsəydi, həmin ərazilər belə acınacaqlı durumda, sakinlər də rəzil vəziyyətdə olmazdılar. Talançılıqdan əldə olunan pullar Koçaryanın, Sarkisyanın, Qarabağdakı xunta rəhbərlərinin cibinə getdiyi üçün orada belə acınacaqlı durum var. İndi də həmin yolu Vardanyanla Arutunyan davam etdirmək istəyirlər.

Hazırda Vardanyanın əsas niyyəti təbii ehtiyatların qanunsuz istismarı üçün münbit şərait yaratmaqdır. Bunun üçün o, Araik Arutunyanla birlikdə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə hərbi xunta yaratmaq haqda düşünür. A.Arutunyanın “hərbi vəziyyət” elan etməsi də bu istiqamətdə atılan addımdır.

Azərbaycanın Qarabağda yaşayan erməni əhali ilə heç bir problemi yoxdur, onları öz vətəndaşları hesab edir. Amma onların xoşbəxt və firavan yaşamalarının yeganə yolu Azərbaycan Konstitusiyası və qanunları ilə yaşamaqdır. Bu gün bu ərazidə faktiki olaraq orada yaşayan 25-30 min erməni Vardanyanın qanunsuz biznesinin girovuna çevrilib. Bu əhali Vardanyanın onların taleyi ilə oynamasına imkan verməməlidir.

milli.az