Separatçılar qorxu içində – “Gəlirlər, sərhədə yaxınlaşırlar”backend

Separatçılar qorxu içində – “Gəlirlər, sərhədə yaxınlaşırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna hərbi qüvvələrinin hücumu bütün cəbhə boyu davam edir”.

Bunu qondarma Luqansk Respublikasındakı separatçı rejimin başçısı Leonid Pasiçnik deyib.

Pasiçnik Ukrayna ordusunun “respublika”nın sərhədlərinə yaxınlaşdığını bildirib.

“Hamını əmin etmək istəyirəm ki, təşviş üçün heç bir əsas yoxdur. Düşmən müəyyən uğurlar əldə edib, praktiki olaraq bu gün sərhədlərə yaxındır. Amma bir daha təkrar edirəm, təşviş üçün heç bir əsas yoxdur”, – separatçı söyləyib.

Bundan əvvəl Luqansk regional hərbi idarəsinin rəhbəri Sergey Qayday deyib ki, ruslar sözügedən vilayətdə müdafiəyə hazırlaşırlar: “İşğalçılar qoşunlarını Svatovo və Troitskə çəkir, səngər qazıb müdafiəyə hazırlaşırlar”.

Bununla belə, Qayday rus ordusunun Luqansk vilayətini tam ələ keçirmək üçün hücuma keçəcəyini istisna etməyib.

Ukrayna ordusu sentyabrın 11-də Luqanskın azad edilmiş Pişçanı qəsəbəsində Ukrayna bayrağı qaldırıb.

Teleqraf